
Haqqımızda
2017-ci ildə Bakı şəhərində təsis edilmiş SNLINE MMC Azərbaycanın ən mühüm və əhəmiyyətli layihələrində təcrübə qazanmış mütəxəssislərdən qurulmuş layihələndirmə şirkətidir.
Hədəfimiz
Təcrübəli mütəxəssislərimiz və texnoloji yeniliklərdən yararlanaraq müştərilərimizin gözləntilərini aşan zövqlü, yüksək keyfiyyətli, yenilikçi həllərlə, sosial, dayanıqlı və ətraf mühiti qoruyan layihələr gerçəkləşdirərək ən qabaqcıl şirkət olmaqdır.
Özəlliyimiz
İlk yerli şirkət olaraq layihələri REVIT proqramında BIM texnologiyası ilə (Binanın İnformasiyalı Modelləndirilməsi) layihələndirmənin inkişaf mərhələsindən başlayaraq bütün bölmələr üzrə (memarlıq, kostruksiya və MEP üzrə) icra edirik.
BIM texnologiyası layihələndirmə ilə eyni zamada 3d modelləmədə geniş koordinasiya imkanları yaradır, bu model vasitəsi ilə binanın bütün texniki məlumat bazası hazırlanır. Nəticədə bir layihənin BIM modeli üzərində bütün bölmələrin mühəndisləri eyni zamanda həm layihə, həm də tikinti mərhələlərində rahatlıqla koordinasiya edə bilir. Bu texnologiya nəinki layihələndirmə müddətinin qənaətinə imkan yaradır, eyni zamanda layihə göstəricilərinin (hesabatlar, material təsnifatı və həcmlərin) daha dəqiq alınmasını təmin edir.